Rus hərbi təyyarəsi Cənubi Koreyanın Yapon dənizi ətrafındakı hava məkanını iki dəfə pozub.
Eurasia Diary xəbər verir ki, bu barədə “Renhap" Koreya Silahlı Qüvvələri Baş Qərargah Rəisliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qaldırılıb və 3 rus hərbi təyyarəsinə xəbərdarlıq atəşi açılıb.
Qeyd edək ki, yanvar ayında İsveç Silahlı Qüvvələri Rusiya təyyarələrinin guya ölkənin cənub sərhədinin hava məkanını pozduğunu bildirmişdi.
Daha sonra Rusiya Müdafiə Nazirliyi İsveçin sərhədlərin "pozulması" barədə açıqlamasını rədd etmişdi.