Qırğızıstan polisi paytaxt Bişkekdə iğtişaşlar zamanı sabiq Prezident Almazbek Atambayevin 40-a yaxın tərəfdarını saxlayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ötən gecə baş verən iğtişaşlarda 1500-ə yaxın şəxsin iştirak etdiyi bildirilir. Etirazçılar mağazaların vitrinlərini sındırıb, zibil qutularına od vurub, nəzarət kameralarını sındırıblar.(apa.az)