Ərdoğanla Ruhani arasında telefon danışığı olub | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Ərdoğanla Ruhani arasında telefon danışığı olub

Dünya A- A A+

İran Prezidenti Həsən Ruhani ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Eurasia Diary IRNA-ya istinadla xəbər verir ki, söhbət zamanı prezidentlər iki ölkə arasında əlaqələrin daha inkişaf etdirilməsinə hazır olduqlarını vurğulayıblar.

H.Ruhani bildirib ki, İran Türkiyə ilə əlaqələri daha da inkişaf etdirməyə tam hazırdır.

O, həmçinin İran və Türkiyə arasında birgə layihələrin daha sürətlə həyata keçirilməsinə çağırıb.

Türkiyə Prezidenti də Ankaranın Tehranla ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...