Gürcü oliqarx İvanişviliyə qarşı hərəkatın adını açıqladı | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


Gürcü oliqarx İvanişviliyə qarşı hərəkatın adını açıqladı

Dünya A- A A+

Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər.

Eurasia Diary xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib. O, özünün yeni hərəkatını sentyabrda yaradacağını və “Layiqli Gürcüstan üçün” adlanacağını bildirib:

“Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq". Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”.

Qeyd edək ki, Xazaradze bundan öncə gürcü oliqarx Bidzina İvanişvilinin müttəfiqi olsa da, sonradan İvanişvili ona qarşı təzyiqləri gücləndirib. Nəticədə Xazaradzeyə qarşı cinayət işi açılıb və onun ölkəni tərk etməsi qadağan edilib. Xazaradze bunun ardınca bəyanat yayaraq, İvanişviliyə qarşı mübarizə üçün yeni hərəkat yaradacağını açıqlayıb. (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...