Hindistan və Pakistan nümayəndələri BMT Təhlükəsizlik Şurasının cümə günü Kəşmirlə bağlı keçiriləcək qapalı iclasına buraxılmayacaq.
Eurasia Diary xəbər verir ki, bu haqda “RİA Novosti”yə Təhlükəsizlik Şurasında sədrlik edən Polşa daimi missiyasından bildiriblər.
“Şuranın iclası qapalı keçirildiyinə görə, Hindistan və Pakistan nümayəndələri iştirak etməyəcək”, - deyə, Polşa missiyasından bildiriblər.Hindistan və Pakistan nümayəndələri BMT Təhlükəsizlik Şurasının cümə günü Kəşmirlə bağlı keçiriləcək qapalı iclasına buraxılmayacaq.