“Rusiyanın ən varlı varisi” azərbaycanlıdır | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


“Rusiyanın ən varlı varisi” azərbaycanlıdır

Dünya A- A A+

Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif Rusiyanın ən zəngin varisi elan olunub.

Eurasia Diary modern.az istinadən xəbər verir ki, 21,8 milyard sərvəti olan Vahid Ələkbərovun bütün mirası yeganə oğluna çatacaq. Rusiyanın ən zəngin 3-cü şəxsi olan Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma “Lukoyl” şirkətinin idaeədilməsi funksiyalarını itirəcəyini əlavə edib.

2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir.

Rusiyanın ən varlı 2-ci varisi isə milyarder Leonid Mixelsonun 2 övladıdır. Onun qızı və oğlunun hər biri 24,4 milyard dollarlıq sərvətin yarsını, hər birinə 12,2 milyard dollar qazanacaq. 3-cü pillədə yerləşən Vladimir Lisinin isə 22,9 milyard dolları var. Onu sərvəti Dmitri, Yuri və Anastasiya adlı övladları arasında hər birinə 7,6 milyard dollar olmaqla bölünəcək.

Siyahıda ümumilikdə, 20 iş adamı yer alıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...