Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir ARAŞDIRMA

Dünya 14:39 22.08.2019

Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə “MİQ-29” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi havada quş sürüsü ilə toqquşma olub.

Təəssüf ki, təyyarələrin məhz quşlarla toqquşması üzündən qəzaya uğraması heç də nadir hadisə deyil, üstəlik son vaxtlar belə qəzaların sayı getdikcə artır.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, İCAO-nun (İnternational Civil Aviation Organization – Beynəlxalq Mülki Aviasiya Təşkilatı) məlumatına görə, 2001-2007-ci illərdə 42508 belə hadisə qeydə alınıb. 

Ekspertlərə görə, dünyada kommersiya təyyarələrinin quşlarla toqquşmaları nəticəsində dəyən ziyanın illik məbləği 1,2 milyard dollara yaxındır.

Bu cür toqquşmalar zamanı təyyarələrin zədələnməsi onların yüksək sürəti ilə bağlıdır. Belə ki, zərbənin gücü sürət fərqinin kvadratına mütənasibdir. Məsələn, 320 km/saat sürətilə gedən təyyarə quşla toqquşsa, zərbənin gücü 3200 kilo/sm2-a yaxın, 690 km/saat sürətdə isə 30 millimetrlik mərminin zərbəsindən 3 dəfə çoxdur. Üstəlik təyyarənin məhz ön hissəsində pilot kabinasının şüşələri və turbo reaktiv mühərrik kimi həssas nöqtələr var.

ABŞ-da fəaliyyət göstərən Quşlarla Toqquşmalar Komitəsinin (Bird Strike Commettee USA) məlumatına görə, 1988-ci ildən etibarən təyyarələrin quşlarla toqquşmaları nəticəsində 200-dən çox adam həlak olub. Pentaqonun məlumatına görə, hərbi dəniz, hərbi hava və dəniz piyadaları bazalarında hər il quşlarla 3 minədək toqquşma qeydə alınır. Pilotlar üçün təhlükə yaradan, bahalı avadanlığın xarab olmasına səbəb olan belə hallara Bird/Wildlife Aircraft Strike Hazard (BASH), yəni Quşlar/Yaban Həyatla Təyyarələrin Toqquşma Risqi adı verilib.

Bu il mayın 7-də dəniz piyadaları korpusunun Yaponiyadakı İvakuni hava limanından qalxan beşinci nəsil “F-35 Joint Strike” tipli qırıcı təyyarənin quşla toqquşması nəticəsində azı 2 milyon dollar məbləğində maddi ziyan dəyib. Bu hadisə texnologiya sarıdan hətta ən modern təyyarənin belə bu cür adi hallar üzündən sıradan çıxa biləcəyinə əyani misaldır.

Bu il iyunun 30-da Hindistanın Həryana ştatının Ambala şəhərindəki hava bazasından “Jaguar” tipli qırıcı bombardmançı təyyarənin havaya qalxmasından sonra quş sürüsü ilə toqquşması nəticəsində mühərriklərdən biri sıradan çıxıb. Pilot təlim sursatı olan konteynerləri və asma yanacaq çənlərini təcili açaraq yerə atmalı olub ki, onlar yerə düşərkən partlayıb.

Ötən ilin may ayında Aralıq dənizi üzərində Rusiyaya məxsus qırıcı təyyarənin mühərrikinə quşun düşməsi nəticəsində qəzaya uğraması zamanı hər 2 pilot ölüb. Həmin il avqustun 21-də İsveçin cənubunda “Jas 39 Gripen” tipli qırıcı təyyarə də quşla toqquşaraq qəzaya uğrayıb.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı