ABŞ-da fövqəladə vəziyyət elan edilib - "Dorian" qasırğasına görə | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ-da fövqəladə vəziyyət elan edilib - "Dorian" qasırğasına görə

Dünya A- A A+

Ötən gün Atlantik okeanda “Dorian” tropik fırtınasının gücləndiyi məlum olub. 

Eurasia Diary xəbər verir ki, yerili sinoptiklərin proqnozunda bildirilib ki, qasırğa ABŞ-a məxsus Vircin adalarının hissəsi olan Sankt Tomas adasına yaxınlaşıb.

Qasırğanın yaratdığı küləyin sürətinin saatda 120 kilometrə çatdığı qeyd edilib. “Dorian” qasırğası ABŞ tarixində ən böyük hadisələrdən biri ola bilər.

Florida ştatının qubernatoru Ron De Santis güclü dağıntılara səbəb olması ehtimal edilən qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edib.

Sinoptiklərin bildirdiyinə görə, qasırğa Florida və ya Corciya ştatlarına 3-cü dərəcəli sürətlə (təxminən 180 km / saat) yaxınlaşa bilər.

Meteoroloq Çad Myers qeyd edib ki, hətta Şimali və Cənubi Karolina da bunun nəticələrini hiss edəcək: Bütün hallarda “Dorian”ın Amerika materikinə harada və nə vaxt daxil olacağını  söyləmək hələ tezdir”.

Qeyd edək ki, “Dorian” bu mövsümdə baş vermiş sayca dördüncü qasırğadır. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...