Səudiyyənin neft sənayesini çökdürən hücum ABŞ İranı günahlandırdı

Dünya 09:23 15.09.2019

Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının iki neftayırma zavoduna partlaıcı daşıyan dronlarla həyata keçirilmiş hücumların ardınca dünya neft bazarında böhran yarana bilər. Virtualaz.org xəbər verir ki, həmin hücum ərəfəsində neft bazarında təklif tələbi üstələməyə başlamışdı və analitiklər sentyabrın 16-da birjalar yenidən açılanda neftin qiymətinin yenidən 60 dollardan aşağı düşəcəyini proqnozlaşdırmışdılar.

Lakin Yəmənin bir hissəsinə nəzarət edən və İrandan dəstəklənən, husilərdən ibarət  “Ənsar Allah” qruplaşmasının həyata keçirdiyi dron hücumu bütün proqnozları alt-üst edib.

Xəbər verildiyi kimi hücuma məruz qalan zavodlardan biri “Saudi Aramco” şirkətinə məxsusdur və dünyanın ən iri neftayırma zavodlarından hesab edilir. Zavodda güclü partlayışlar və yanğın baş verib. Hələlik zavoda dəyən ziyanın miqyası məlum deyil, amma istisna olunmur ki, zavodun bərpası aylarla vaxt apara bilər. Nəticədə “Saudi Aramco” hasil etdiyi nefti yığmağa yer tapmayacaq. Artıq indidən zavodun sıradan çıxması nəticəsində Səudiyyənin gündəlik neft hasilatı 5.7 milyon barrel azaldılıb. Bu, ölkənin ümumi neft hasilatının yarısından çoxdur.

Belə vəziyyətdə neftin qiymətinin sıçrayışla artması qaçılmaz görünür. Bunu nəzərə alaraq ABŞ-ın nergetika naziri Rik Perri Beynəlxalq Enerji Agentliyi ilə situasiyanı nizamlamaq üçün danışıqlar başlatmağı tapşırıb. Habelə nazir elan edib ki, ABŞ bazarda vəziyyəti sabitləşdirmək üçün strateji neft ehtiyatlarını işə salacaq. ABŞ-ın strateji ehtiyatlarının həcmi hazırda 630 milyon barreldir.

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, neftayırma zavodlarına hücum İranın işidir. Pompeo hücuma görə məsuliyyəti üzərinə götürən “Ənsar Allah” qruplaşmasının bəyanatını şübhə altına alıb. “Deeskalasiya çağırışlarının səsləndiyi bir vaxtda İran elə indicə dünya energetika təchizatına misli görünməmiş hücum həyata keçirdi”,-Pompeo Tvitterd-də bildirib.

Dövlət katibinin sözlərinə görə, İran Səudiyyə Ərəbistanına 100-ə yaxın hücuma görə cavabdehdir. Özü də elə bir vaxtda ki, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Cavad Zərif özlərinin diplomatiya ilə məşğul olduqları görüntüsü yaradırlar.

Maykl Pompeo neftayırma zavodlarına hücumun Yəməndən təşkil edildiyinə dair heç bir sübut olmadığını bildirib. Onun fikrincə, hücuma görə məhz İran məsuliyyət daşıyır.

“Biz bütün ölkələri publik şəkildə və birmənalı olaraq İranın hücumunu pisləməyə çağırırıq. ABŞ tərəfdaşları və müttəfiqləri ilə birlikdə dünya bazarına kifayət qədər neftin çıxarılması üçün işləyəcək və İranın bu hücuma görə cavab verəcəyinə əmin olacaq”,-Pompeo bildirib.

Nüfuzlu ABŞ senatoru Lindsi Qrem isə ölkə rəhbərliyini İranın neft obyektlərinə hücum barədə düşünməyə çağırıb.

“Əgər Tehran uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirəcəksə ABŞ-ın İranın neft obyektlərinə hücum planını müzakirə etməsinin vaxtı çatıb”,-senator bildirib.

 

Xəbərlərə görə Yəməndən qaldırılan dronlar Səudiyyə Ərəbistanın “Abkayk” və “Xurays” neft yataqlarını da vurub. Zərbəyə məruz qalan neftayırma zavodları da həmin yataqların yaxınlığında yerləşir. Sosial şəbəkələrdə hücumda istifadə olunan dronların bəzi fraqmentlərinin görüntüləri yayılıb və belə görünür ki, onlardan hamısı hədəfə çatmayıb. Hansısa obyektin yaxınlığında düşüb. Fraqmentlərə əsasən dronların İran ordusunun silahlanmasında yer alan “Qüds” zərbə pilotsuz təyyarələri olduğu təxmin edilir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı