YPG-PKK terror qruplaşması Suriyanın Haseke və Qamışlı bölgəsində orqan ticarəti ilə məşğul olan səhra xəstəxanası yaradıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, terrorçuların zorla sıralarına cəlb etdiyi şəxslər vuruşmağa razılaşdığı halda PKK cərgələrində xidmətə, razılaşmadığı halda isə sözügedən xəstəxanaya orqanlarının çıxarılması üçün göndərilir. Xəstəxanadakı həkimlərin əksəriyyətinin İsraildən olması diqqət çəkib.
Xəstəxana yaxınlığında onlarla azyaşlının meyitinin tapıldığı bildirilir. Orqan mafiyaları satılan orqanlar qarşılığında terrorçulara silah verir.