Bolton buna görə vəzifədən qovulub - Bruter | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Bolton buna görə vəzifədən qovulub - Bruter

Dünya A- A A+

Bolton da həmişə Qrehemin istədiyi şeyləri (İrana zərbə) dilə gətirirdi. Görünür onu bu istəklərinə görə qovublar.

Eurasia Diary xəbər verir ki, bu sözləri ABŞ senatoru Lindsi Qrehemin İranın neft obyektlərinə zərbə vurmaq barədə çıxışına münasibət bildirən politoloq Vladimir Bruter deyib.

“Buna görə də məsələ Qrehemi nəyə çağırış etməsində deyil. Burada əsas məqam Trampın ABŞ siyasi elitasını, ya da ən azından onu dəstəkləyən elitanı bunun hansı nəticə verəcəyinə inandırmasıdır. Yaxın vaxtlarda, hətta Boltonun istefasından sonra belə ABŞ-ın İrana qarşı siyasətində əhəmiyyətli dəyişiklik gözlənilmir”, - Bruter bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...