"Silahlarımız doludur" - Tramp İranla müharibə ANONSUNU VERDİ | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


"Silahlarımız doludur" - Tramp İranla müharibə ANONSUNU VERDİ

Dünya A- A A+

ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının neft obyektlərinin vurulması ilə əlaqədar "günahkarı tanıdıqlarını" və "mümkün hücuma hazır olduqlarını" bildirib.

Eurasia Diary xəbər verir ki, Tramp, şərhində deyib: "Səudiyyə Ərəbistanın neft əraziləri hücuma uğradı. Təqsirkarı tanıdığımıza, hədəfi bildiyimizə görə, silahlarımız dolu saxlamağımıza bir səbəb var. Lakin Krallıqdan bu hücumu kim etdiyini eşitməyi gözləyirik". 

ABŞ prezidenti Ər-Riyaddan gələn bir cavaba görə, hansı şərtlərdə davranacağını müəyyən edəcəklərini söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. Neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub. Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...