Yunanıstanda meşə yanğınları tüğyan edir | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Yunanıstanda meşə yanğınları tüğyan edir

Dünya A- A A+

Yunanıstanda meşə yanğınları tüğyan edir.

Eurasia Diary xəbər verir ki, Lutraki bölgəsində dağlarda baş verən yanğın güclü küləyin təsirindən sürətlə yayılmağa başlayıb. Bölgədəki üç kilsə üçün ciddi təhlükə yaranıb. Kilsənin əməkdaşları təxliyə ediliblər. Yanğının söndürülməsi üçün 180 nəfər cəlb olunub. Bundan əlavə, 10 yanğınsöndürən maşın, iki helikopter və iki təyyarə yanğının söndürülməsində iştirak edir.

Zakinf adasında baş vermiş yanğın artıq yaşayış məntəqələrinə çatıb. Sakinlər evlərini tərk edərək ərazidən uzaqlaşırlar. Yanğınsöndürənlərin və könüllülərin səylərinə baxmayaraq, yanğın Keri kəndinə yaxınlaşıb. Ərazidə yerləşən Kalamaka bölgəsindəki oteldən 120 nəfər təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Yanğınların söndürülməsi işləri fasiləsiz davam etdirilir.(Azərtac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...