Ermənistan İsraildə səfirlik açır | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Ermənistan İsraildə səfirlik açır

Dünya A- A A+

Ötən gün Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.

Eurasia Diary "qafqaz.info"ya istinadən verdiyi xəbərə görə, Xarici İşlər Naziri Zohrab Mnatsakanyan tərəfindən hazırlanan qərarda deyilir:

“İsrail Dövlətində (iqamətgahı Təl-Əvivdə) Ermənistan Respublikasının səfirliyi yaradılsın”.

Nazirin sözlərinə görə, İsrail rejimində səfirlik açılması ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək: “Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib”.

 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...