“Paşinyan yaxınlarda istefa verəcək” - Erməni politoloq | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


“Paşinyan yaxınlarda istefa verəcək” - Erməni politoloq

Dünya A- A A+

“Paşinyan istefa verməlidir. Onun Dağlıq Qarabağla bağlı mövqeyi və güc stukturlarının rəhbərləri ilə münasibəti hakim komanda daxilində belə anlaşılmır”-deyə politoloq Stepan Danelyan açıqlama verib.

Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq Paşinyanın parlamentə nəzarəti itirəcəyini düşünür.

“Nikol Paşinyanın istefası “Mənim addımım” fraksiyasının dağılmasından dərhal sonra olacaq. Onun parlamentin itaətdən çıxması halında istefa verməsi qaçınılmazdır”.

Danelyanın fikrincə, hazırkı şəraitdə ölkəni növbədənkənar parlament seçkilərinə hazırlaşdıracaq keçid hökumətinə ehtiyac var. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...