İran Prezidentindən Türkiyənin Suriyadakı əməliyyatlarına - Reaksiya | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


İran Prezidentindən Türkiyənin Suriyadakı əməliyyatlarına - Reaksiya

Dünya A- A A+

İran Prezidenti Həsən Ruhani Türkiyəni təmkinli olmağa və Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

Eurasia Diary-nin İRNA-ya istinadən verdiyi xəbərə görə, Həsən Ruhani Türkiyənin cənubunda və Suriyanın şimalında təhlükəsizliyin təmin olunması üçün yeganə həll yolunun Suriya ordusu olduğunu deyib.

“Türkiyənin sərhədlərindəki təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. İnanırıq ki, bu narahatlıqların aradan qaldırılması üçün düzgün bir yol qəbul edilməlidir. Biz dost və qardaş qonşumuz Türkiyəni təmkinli davranmağa, qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. Suriyadakı kürdlər Suriya ordusuna dəstək verməlidir", - deyə İran Prezidenti bildirib. (apa)

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...