Pakistandan Türkiyəyə dəstək - “Uğurlu olmasını diləyirik” | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Pakistandan Türkiyəyə dəstək - “Uğurlu olmasını diləyirik”

Dünya A- A A+

Pakistanın baş naziri İmran Xan Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” anti-terror əməliyyatını dəstəklədiyini bildirib.

Eurasia Diary xəbər verir ki, Pakistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ona dəstəyini ifadə edib.

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, - deyə məlumatda bildirilir.(modern.az) 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...