Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya işgüzar səfərə gələcək ABŞ Vitse-prezidenti Maykl Pens ilə görüşmək niyyətində deyil.
Eurasia Diary bildirir ki, bunu Türkiyə lideri Sky News-un əməkdaşına açıqlamasında deyib.
"Mən nə Pens, nə də ABŞ Dövlət katibi Maykl Pompeo ilə görüşlər keçirməyəcəyəm. Onlarla türk həmkarları görüşəcəklər",-deyə Prezident vurğulayıb.
Xatırladaq ki, dünən Ağ Ev ABŞ-ın Vitse-prezidenti Maykl Pens və Dövlət katibi Maykl Pompeo-nun Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar bu gün Türkiyəyə səfər edəcəkləri barədə məlumat yaymışdı.
Bildirilirdi ki, onlara Suriyanın şimalında atəşkəsin yollarını axtarmaq və Türkiyə ilə kürd qüvvələri arasında razılığa gəlməyə nail olmaq tapşırılıb.
O da qeyd olunurdu ki, 17 oktyabrda Pens Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. (Virtualaz.org)