Rus generaldan xəbərdarlıq - Onlar azadlığa buraxılsalar… | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Rus generaldan xəbərdarlıq - Onlar azadlığa buraxılsalar…

Dünya A- A A+

Suriyada İŞİD terrorçularının azadlığa buraxılması regionda vəziyyəti daha da ağırlaşdıra bilər.

Eurasia Diary xəbər verir ki, bu sözləri Rusiyanın Atəşəkəsi İzləmə Mərkəzinin rəhbəri, general-mayor Aleksey Bakin deyib.

O bildirib ki, döyüşçülər və ailələri, eləcə də müvəqqəti olaraq düşərgələrdə saxlanılan şəxslər nəzarətdə saxlanılmalıdır:

“Terrorçuların azadlığa buraxılması bölgədəki mövcud vəziyyəti ani olaraq dramatikləşdirə bilər”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan YPG-nin 750 İŞİD üzvünü azadlığa buraxdığını, onlardan yalnız 195-nin Türkiyə ordusu tərəfindən yaxalandığını açıqlayıb.  (axar.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...