Türkiyə ordusunun istifadəsinə verilən “SOM” raketlərinin özəllikləri açıqlanıb.
Eurasia Diary-nin xəbərinə görə, silahın istehsalında rol oynayan “TUBİTAK SAGE” şirkətindən bildirilib ki, “SOM” idarə oluna bilən raketlər növünə aiddir və 250 kilometr məsafədəki hədəfi dəqiqlikə vura bilir. Mərmi sabit və hərəkətdə olan hədəfləri sıradan çıxara bilir.
”F-4” və “F-16” təyyarələrindən atıla bilən raket, müdafiə sistemlərinin radarlarına daxil olmadan alovlandığı üçün mərminin sıradan çıxarmaq çətin olur. Qeyd edək ki, “SOM” raketləri Türkiyə şirkətləri tərəfindən hazırlanıb. (redaktor.az)