“Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” - Ərdoğan | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


“Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” - Ərdoğan

Dünya A- A A+

“Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs elan olunub, lakin qarşı tərəf buna əməl etmir”.

Eurasia Diary-nin CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

“Biz 120 saat müddətində hərbi əməliyyatları dayandırmağa razı olduq, məqsədimizi açıq bildirdik. 120 saat bitən dəqiqədə razılaşmamız pozulacaqsa, "Barış bulağı" qaldığı yerdən davam edəcək. Dünən ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da bunu dedim”, - deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, 22 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcək. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...