"Türkiyə diz çökdü" deyənlərə Feyzioğludan gözəl cavab | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


"Türkiyə diz çökdü" deyənlərə Feyzioğludan gözəl cavab

Dünya A- A A+

Biz ən gözəl cavabı meydanda verdik. Bizim ümidsizlər, hər şeyə pis baxanlarımız yenə razı olmazlar. Türkiyə Silahlı Qüvvələri 8 gün ərzində bir möcüzə yaratdı. Təxminən 1 500 kvadrat kilometrlik bir torpaqda 60 yaşayış məntəqəsinin nəzarətini ələ keçirdi.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib.

M.Feyzioğlu hələ də Türkiyədə əməliyyatı qınayanların olduğunu söyləyib:

"Vaşinqton Post"a baxırsınız, "Türkiyə qələbə qazandı" yazırlar, Türkiyədə isə "Türkiyə diz çökdü" deyirlər. Biz müharibə aparmırıq, terrorla mübarizə üçün gedirik. "Sonunda bu işi biz görəcəyik", demişdik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...