Ərdoğandan Pakistana 1,2 milyardlıq - JEST | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Ərdoğandan Pakistana 1,2 milyardlıq - JEST

Dünya A- A A+

Pakistanın Baş Naziri İmran Xan Türk şirkəti ilə ölkəsi arasındakı 1,2 milyard dollarlıq təzminat probleminin həll olunduğunu bildirib.

Eurasia Diary-nin “Haberler”ə istinadən məlumatına görə, İmran Xan məsələni prezident Rəcəb Tayyib Ərdoğanın həll etdiyini deyib. Xan sosial şəbəkədə yazdığı məlumatda qeyd edib:

“Pakistan Ədalət Hərəkatı hökuməti Ərdoğanın dəstəyi ilə “Karkey” (Türk Qaradəniz Elektrik İstehsalı MMC) şirkəti ilə anlaşılmazlığı dostcasına həll etdi və Beynəlxlaq Sərmayə Sazişlərinin Həlli Mərkəzi (İCSİD) tərəfindən tətbiq edilən 1,2 milyard dollarlıq cəzadan xilas oldu”.

İmran Xan Pakistan hökumətinin müzakirə heyətini də təbrik edib. (Qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...