İmamoğlu üzr istədi | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


İmamoğlu üzr istədi

Dünya A- A A+

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun mühafizəçiləri tərəfindən döyülən vətəndaşlardan üzr istəyib.

Eurasia Diary xəbər verir ki, o, Beylikdüzündə işıqforda ailəsinin gözü qarşısında üstünə silah çəkib döyülən vətəndaşların ailəsi ilə təmasda olduğunu söyləyib.

“Mühafizəçilərin təəssüf ki, vətəndaşlarla qəbuledilməz dialoqu olub. Hücum çəkmə, yumruqla vurmaq kimi hərəkətlər qəti şəkildə pislənilir. Mənimlə çalışan heç kəsin uyğunsuz davranışına icazə vermərəm, kimsə həddini aşan davranış sərgiləyə bilməz, buna izin verməyəcəyəm də. Bu cür, tərəflərin bir-birinə təpik, yumruq vurduğu görüntülər çox yayılıb, amma bu situasiyada belə şeylər olmayıb. Mühafizəçilər ailədən üzr istədilər, onlar da qəbul etdi. Mən də öz növbəmdə ailədən üzr istəyirəm, onlarla görüşəcəyəm”, – deyə İmamoğlu bildirib. (teleqraf.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...