“İŞİD terror təşkilatının döyüşçüləri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar”.
Eurasia Diary-nin "apa"ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları Əfqanıstanda İŞİD bölmələrinin fəallığının artdığını müşahidə edirlər: “Biz Əfqanıstanda İŞİD-in bölmələrinin, “Vilayət Xorasan” qruplaşmanın fəallığının artdığını qeydə almışıq. "Camaat Ansarullah" və "Şərqi Türküstanın İslam hərəkatı" onlarla sıx əlaqədədirlər. Onların məqsədi MDB məkanında genişlənmək və orada plastdarm yaratmaqdır”.