BMT qızların məktəbə hicabla getməsinə icazə verilməsinə çağırdı | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


BMT qızların məktəbə hicabla getməsinə icazə verilməsinə çağırdı

Dünya A- A A+

Afrika ölkələrindən birində şagird qızların hicabla məktəbə getməsinin qarşısı alındıqdan sonra Birləşmiş Millətlər Təşkilatı dövlətləri dini dözümlülüyə- tolerantlığa dəvət edib.

Eurasia Diary xəbər verir ki, “ABCNews” nəşrinin yaydığı məlumata görə, olay Malavinin cənubundakı məktəblərdən birində meydana gəlib. Hicab üzündən müsəlman qızların məktəbə getməsinə icazə verilməyib. Özü də hicab qadağası həmin dövlət təhsil ocağını tikən Anglikan(xristian) kilsəsi tərəfindən qoyulub. Bundan əlavə, kilsə ziyarətçiləri iki məktəbli qızın hicablarını zorakılıqla başlarından çıxarıb cırıblar. Nəticədə şəhərdəki müsəlman və xristian icmaları arasında qarşıdurmalar yaranıb.

BMT-nin Malavi üzrə koordinatoru Maria Torres ölkədə dini dözümsüzlükdən narahatlığını dilə gətirib və qızların məktəblərə hicabla gəlməsinə mane olmamağa çağırıb.

"Bu cür hərəkətlər qızların məktəbə getməsinin qarşısını alır, onları təhsil hüququndan və cəmiyyətdə fəal iştirakdan məhrum edir"- deyə BMT nümayəndəsi bəyan edib.(moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...