Fransada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan həmsədr ölkə prezidenti E.Makronun verdiyi ziyafətə qatılıb.
Eurasia Diary xəbər verir ki, erməni saytlarının yaydığı məlumatdan işğalçı ölkə liderinin BMT Baş katibi Antonio Quterreşlə ayaqüstü görüşdüyü bəlli olub. Paşinyan BMT rəhbərinə yanaşıb selfi də çəkdirib və onu “Feysbuk”da paylaşıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olunub. Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib. (Moderator.az)