Ermənistanda türkün qatilinin oğlu güllələndi | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Ermənistanda türkün qatilinin oğlu güllələndi

Dünya A- A A+

Ermənistanda atışma olub.

Eurasia Diary xəbər verir ki, bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Armavir əyalətində, Eçmiədzində qeydə alınıb. Atışma zamanı 27 yaşlı gənc ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, cinayəti törədən şəxs hələ saxlanılmayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə atəşə tutulmuş "Mercedes" markalı avtomobili aşkarlayıblar. Atışmada yaralanan şəxsin Armavir vilayətinin 27 yaşlı sakini Qurgen Arakelyan olduğu müəyyənləşdirilib. Qeyd edilir ki, onun atası da uzun illər məhkumluq həyatı yaşayıb. Belə ki, Q.Arakelyanın atası Armen Arakelyan Rusiyada Türkiyə vətəndaşını qətlə yetirdiyinə görə həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...