Nikol Paşinyandan diplomatik skandal! - Arxasını dönüb getdi - VİDEO | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Nikol Paşinyandan diplomatik skandal! - Arxasını dönüb getdi - VİDEO

Dünya A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan İtaliya Senatının sədri Mariya Yelizaveta Kazellati ilə görüşə vaxtından əvvəl gedib və onu gözləməyə məcbur olub.

Eurasia Diary axar-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. Məlumata görə, Kazellati zala daxil olan zaman isə Nikol kobud şəkildə arxasını ona döndərərək, görüşün keçirildiyi otağa tərəf istiqamətlənib. Erməni baş nazirin bu addımı ev sahiblərinin təəccübünə səbəb olub.

Nikol bununla Kazellatini çox gözlədiyini göstərmək istəyib. Amma bu, diplomatik nəzakət qaydasına ziddir, həmçinin italyan parlamentari də görüşə vaxtında gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...