NATO Rusiyaya xəbərdarlıq etdi - "Bütün alyans buna qarşılıq verəcək" | Eurasia Diary - ednews.net

15 Dekabr,


NATO Rusiyaya xəbərdarlıq etdi - "Bütün alyans buna qarşılıq verəcək"

Dünya A- A A+

NATO-nun Baş katibi Yens Stoltenberq alyansın hərbi qüvvələrinin Polşada və Baltikyanı ölkələrdə mövcudluğunun Rusiyaya bir işarə olduğunu və bütün blokun cavab tədbirlərinə qadir olduğunu söyləyib.

Eurasia Diary axar-a istinadən xəbər verir ki, bu məlumatı “Röyters” agentliyi yayıb.

Stoltenberq NATO-nun düşmənlərinin olmadığını, lakin zərurət yaranarsa, alyansın buna cavab verəcəyini söyləyib.

“Polşada və Baltikyanı ölkələrdə öz qüvvələrinin mövcudluğu ilə NATO Rusiyaya xəbərdarlıq işarəsi göndərir. Bu ölkələrə hücum ediləcəyi təqdirdə bütün alyans buna qarşılıq verəcək”, - deyə Stoltenberq Londonda təşkil ediləcək NATO sammiti öncəsi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...