ABŞ konqresinin Uyğur türkləri ilə bağlı - MÜHÜM QƏRARI | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


ABŞ konqresinin Uyğur türkləri ilə bağlı - MÜHÜM QƏRARI

Dünya A- A A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sintzyan-Uyğur muxtar rayonundakı uyğurların hüquqlarının müdafiəsi haqqında qanun layihəsini yekdilliklə qəbul edib.

Eurasia Diary axar.az-a xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.

Qanun layihəsinin lehinə 407, əleyhinə isə 1 konqresmen səs verib.

Sənəd müsəlmanların çoxluq təşkil etdiyi Sintzyan-Uyğur muxtar rayonunda insan haqlarını pozan çinli məmurlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Məlumata görə, qanun layihəsini ABŞ Senatı təsdiq etdikdən sonra Prezident Donald Tramp imzalamalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...