Morales prezident seçkilərində partiyasının qərargahına başçılıq edəcək | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Morales prezident seçkilərində partiyasının qərargahına başçılıq edəcək

Dünya A- A A+
Boliviyanın Sosialist Hərəkatının qurultayı sabiq prezident Evo Moralesi 2020-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyasının rəhbəri seçib.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Morales özünün “Twitter”dəki səhifəsində bildirib.
 
"Kampaniyaya başçılıq üçün göstərilən etimada görə təşəkkür edirəm. Biz vahid namizədi seçəcəyik və yenidən birinci turda qalib gələcəyik”, - deyə o yazıb.
 
Moralesin əsas rəqibi Karlos Mesa 2020-ci ilin yazında keçiriləcək prezident seçkilərində iştirak niyyəti barədə bildirib. Digər sağ təmayüllü siyasətçi Luis Kamaço da prezidenliyə iddialıdır.
 
Rəsmi məlumatlara görə, Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərin birinci turunda Morales qələbə qazanıb. Ancaq onun rəqibi Karlos Mesa səsvermələrin nəticələrini tanımayıb. Boliviyanın silahlı qüvvələri Moralesi ölkədə sabitliyin təminatı üçün vəzifəsini tərk etməyə çağırıb. Noyabrın 10-da Morales istefa verdiyini elan edərək ölkəni tərk edib. O, hazırda siyasi sığınacaq aldığı Meksikadadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...