Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

Dünya A- A A+
Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş barədə açıqlama verib.
 
Eurasia Diary xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, V.Zelenski danışıqlar zamanı bir sıra güzəştlərin olduğunu deyib.
 
“Mən kimin qazanacağını bilmirəm, amma biz müzakirələrə yeni başlamışıq, ona görə də indi ən düzgünü diplomat olmaqdır. Gəlin, hələlik heç-heçə deyək”, - Ukrayna Prezidenti əlavə edib.
 
Xatırladaq ki, dünən Parisdə "Normand dördlüyü" (Rusiya, Ukrayna, Fransa və Almaniya) liderlərinin görüşü keçirilib. Görüş çərçivəsində Ukrayna və Rusiya prezidentləri bir araya gəliblər. Bu, Ukrayna və Rusiya prezidentləri səviyyəsində 2016-cı ildən bəri ilk görüşdür.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...