"Qarabağda kiminsə, o cümlədən Ermənistanın baş nazirinin istəyinə uyğun hərəkət edən prezidentin seçilməsi yolverilməzdir"
Eurasia Diary xəbər verir ki, bu sözləri Robert Köçəryan "Hraparak" qəzetinə müsahibəsində deyib.
"Bu kimi keyfiyyətlər zəif şəxsiyyətlərə xasdır və bu cür "liderlik" Artsax (Dağlıq Qarabağ - red.) üçün fəlakətli nəticələrə səbəb ola bilər. Bizə müharibəyə can atan cəsur liderlər lazımdır. Ümid edirəm ki, Qarabağ xalqının seçimi məhz belə olacaq".