ABŞ Senatı qondarma "erməni soyqırımı"nı tanıyan qətnaməni qəbul etdi.
Eurasia Diary "Haber7"-yə istinadən xəbər verir ki, Amerika Senatında səsvermə ilə 1915-ci il hadisələrini soyqırım kimi xarakterizə edən qondarma erməni qanun layihəsi qəbul edilib.
Demokrat senator Bob Menendez 3 dəfə rədd etdiyi qanun layihəsini 4-cü dəfə qəbul edib.
Menendez bunu özünün Twitter səhifəsində açıqlayıb.
Qeyd edək ki, sonuncu dəfə qanun layihəsini Respublikaçı senator Lindsey Graham, daha sonra Respublikaçı senator David Perdue Ağ Evin tələbi ilə bloklamışdı.
