ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatına yüz milyardlarla dollar ziyan dəyib.
Eurasia Diary xəbər verir ki, bu barədə Yeni Delhidə “Raisina dialoqu” beynəlxalq konfransında iştirak edən İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“İran iqtisadiyyatı son iki ildə ciddi itkilərə məruz qalıb ki, burada yüz milyardlarla dollardan söhbət gedir”, – deyə İran XİN başçısı vurğulayıb.
O qeyd edib ki, bununla belə rəsmi Tehran ABŞ-la danışıqların aparılmasında maraqlı deyil. (apa)