Prezident təyyarə və helikopterləri hərrac yolu ilə satılması barədə qərar qəbul edib | Eurasia Diary - ednews.net

13 Avqust, Cümə axşamı


Prezident təyyarə və helikopterləri hərrac yolu ilə satılması barədə qərar qəbul edib

Dünya A- A A+

Meksika Prezidenti Andres Manuel Lopez Obrador dövlətə məxsus 33 təyyarənin və 39 helikopterin hərrac yolu ilə satılması barədə qərar qəbul edib. 

Eurasia Diary xarici mətbuata istinadən xəbər verir ki, hökumət satışdan, təxminən, 1 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır.

Məlumata görə, ilk növbədə Prezident Adminstrasiyasının və ordu rəsmilərinin ixtiyarında olan 19 təyyarə və 9 helikopter satışa çıxarılacaq. Növbəti mərhələdə isə Ədliyyə Nazirliyinə məxsus təyyarə və helikopterlər potensial alıcılara təklif olunacaq. 

Qeyd edək ki, Meksika prezidenti dövlət məmurlarına xüsusi təyyarələrlə səyahət etməyi qadağan edib. Bir qədər əvvəl dövlət başçısı "Ağ fil" adlandırılan təyyarənin ABŞ-da satışa çıxarılmasına qərar vermişdi. (report.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...