Avstraliyada yanğından sonra yeni fəlakət | Eurasia Diary - ednews.net

26 Fevral, Çərşənbə


Avstraliyada yanğından sonra yeni fəlakət

Dünya A- A A+

Avstraliyanın şərq sahillərindəki Kvinslend ştatına güclü leysan yağışları yağıb və bu, daşqınlara səbəb olub.

Eurasia Diary RİA “Novosti”yə istinadən xəbər verir ki, nəticədə bir çox yol bağlanıb, ştatın cənub-şərqindəki şəhərlərdə parklar bağlanıb, nəqliyyatda ciddi fasilələr yaranıb, insanlar su altında qalan yollarda qayıqlarla hərəkət etməyə məcbur olublar.

Kvinslend meteorologiya xidməti bildirib ki, leysan yağışları dayanır, ancaq bazar günü güclü yağış yağacağı təhlükəsi yenə var.

Eyni zamanda qonşu Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınları davam edir. Oradakı insanların əksəriyyəti elektrik enerjisinə həsrətdir, evakuasiya olunan sakinlər isə evlərinin dağılıb-dağılmadıqlarını bilmirlər.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...