Liviyada atəşkəsin və sabitliyin əldə olunması prosesində iştirak edən dövlətlərin, başçıları Berlində zirvə toplantısına qatılıb.Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüşü baş tutub. Daha sonra baş tutan zirvə görüşündə BMT-nin baş katibi Antonio Quterreş, Almaniya prezidenti Angela Merkel,Fransa prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Mayk Pompeo və digərləri iştirak edib.Ümumilikdə konfransa 11 ölkənin liderləri və nümayəndələri qatılıb.Liviyada sülhün bərqərar olması üçün bir araya gələn liderləri Angela Merkel qəbul edib.Zirvə toplantısı səbəbi ilə Berlin Hava Limanı və digər ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
