Bu gün səhər saatlarında Ankarada 4.5 bal gücündə zəlzələ baş verib.
Eurasia Diary apa-ya istinadən xəbər verir ki, Türkiyənin Təbii Fəlakətlər və Föqəladə Hallar İdarəsinin verdiyi məlumata görə, yerli vaxtla saat 06.42-də və 06.54-də episentri Akyurt qəsəbəsində olan zəlzələnin ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.