Zuqdidi-Tbilisi sərnişin qatarında yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin yaydığı məlumatda deyilib.
Bildirilib ki, qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.
Sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.
Eurasia Diary xəbər verir ki, yanğın qatar Abaşa şəhəri yaxınlığından keçərkən başlayıb.
Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. (report)