Denis qasırğası Böyük Britaniyada tüğyan edir | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Denis qasırğası Böyük Britaniyada tüğyan edir

Dünya A- A A+

Siyara fırtınasından sonra indi də Denis qasırğası Böyük Britaniyada tüğyan edir.

Eurasia Diary  xəbər verir ki, “Easy Jet” və “Britaniya Hava Yolları” şirkətləri 350-dən çox uçuşu təxirə salıb və ya ləğv edib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yollarının da iş qrafikində dəyişikliklər olacaq.

Ölkənin Müdafiə Nazirliyi tabeliyində olan qoşun növlərinin əsgərləri daşqınlara qarşı müdafiə bəndləri qurmağa səfərbər edilib.

Əlverişsiz hava şəraiti səbəbindən Şotlandiya və Uelsdə bir çox idman yarışları təxirə salınıb.

Britaniya Hidrometeorologiya Mərkəzi ölkə ərazisində yüzlərlə daşqın xəbərdarlığı elan edib.(azərtac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...