İranda Azərbaycanla sərhəddə yerləşən Ərdəbil əyalətində zəlzələ baş verib.
Eurasia Diary apa-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 01:15-də Ərdəbil əyalətinin Səreyn bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.