Zərif Avropaya çağırış edib | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Zərif Avropaya çağırış edib

Dünya A- A A+

İran Xarici İşlər naziri Cavad Zərif Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.

Eurasia Diary-nin İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif Avropanın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində öhdəliklərini yerinə yetirməyə qayıtmasının problemin yeganə həll yolu olduğunu bildirib.

İran XİN rəhbəri bu halda Tehranın da HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməkdən imtina etməsi prosesini dayandıracağını vurğulayıb: “Əgər Avropa İranın iqtisadi maraqlarını təmin edərsə, Tehran HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır”.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...