"İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk" - Mövlud Çavuşoğlu | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


"İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk" - Mövlud Çavuşoğlu

Dünya A- A A+

Türkiyə və Rusiya hökumətləri Suriyanın İdlib vilayəti mövzusunda son razılaşmanın hazırlanması üçün əməkdaşlığı davam etdirir.

Eurasia Diary  xəbər verir ki, bunu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Hələ çox iş görülməlidir, biz bu məsələlərdə Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yekun cavabı bazar ertəsi, nümayəndə heyətlərimizin Moskvadakı görüşündən sonra tapacaqsınız. Suriya probleminin əməkdaşlığımızı aşağı salmasına və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”, - deyə türkiyəli nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Rusiya və Türkiyənin qarşıdakı əlaqələri hər iki ölkənin başqa bir görüşə ehtiyacının olub-olmadığını göstərəcək.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...