Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiya siyahısına daha 8 şəxsi və 2 şirkəti salıb.
Eurasia Diary xəbər verir ki, bununla bağlı Aİ Şurası bu gün açıqlama yayıb.
“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, - deyə məlumatda qeyd olunub.
Beləliklə, Aİ-nin mal varlığını dondurduğu və səyahət qadağası qoyduğu suriyalıların sayı 277-yə, şirkətlərin sayı isə 71-ə çatıb.(bakıpost)