Qızılay Cəmiyyəti İdlib və ətrafındakı qarşıdurmalardan qaçaraq, zeytun ağaclarının altına sığınan suriyalılara yardım əlini uzadıb.
Təhlükəsiz hesab etdikləri Türkiyə sərhəddinin yaxınlığında yerləşən Məşhəd Ruhin bölgəsindəki zeytun bağlarına sığınan suriyalı ailələrə Qızılay Cəmiyyəti tərəfindən çadırlar və sobalar quraşdırılıb.
Uşaqlara peçenyə və şokolad paylanıb.
Türk Qızılay Cəmiyyəti həmçinin Afrin və Cinderes bölgələrində çadır quraşdırmağa və humanitar yardımlara davam edir.