Fevralın 21-də (bu gün) İranda parlament seçkiləri keçiriləcək.
Eurasia Diary-nin məlumatına görə, bu barədə “TASS” xəbər verib.
Namizədliyini irəli sürən 7148 nəfərdən 800-ə yaxını qadındır.
Bütün ölkədəki seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.
Səsvermə 20:00-dək davam edəcək, lakin məntəqələrin işi ehtiyac olduğu halda uzadıla bilər.
İlkin nəticələr növbəti gün məlum olacaq.