Fevralın 23-də Londondakı Azərbaycan icması Böyük Britaniya Parlamentinə Xocalı soyqırımında günahkarların cəzalandırılmasını tələb edən etiraz aksiyası keçirəcəkdir.
Eurasia Diary xəbər verir ki, mitinq günorta saat 12.00-da Londonun mərkəzindəki Trafalgar meydanında keçiriləcək.
Yürüş Böyük Britaniyada yaşayan bütün azərbaycanlı icma üzvlərini bir araya toplayaraq Xocalı soyqırımını anmaq və faciə qurbanlarına ehtiramlarını ifadə etmək məqsədi daşıyır.