Rumıniyada İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə etirazlar keçirilib | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Rumıniyada İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə etirazlar keçirilib

Dünya A- A A+

Rumıniyanın Krayova rayonunun Beket şəhərində İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib.

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, İtaliyanın Berqamo şəhərindən Krayovaya gələn 179 sərnişinin həkim və mütəxəssislər tərəfindən xəstəxanada yoxlanıldıqdan sonra orada karantinə yerləşdirilib. Buna etiraz edən aksiya iştirakçıları yerli bələdiyyə binasının önünə yığışıblar.

Xatırladaq ki, İtaliyada virus sürətlə yayılır. Qonşu ölkələrin bəziləri virusun qarşını almaq üçün sərhədlərini və limanları bağlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...